AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

06.08.2014

2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 134 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə əmtəə ixrac olunmuş, 122 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.
Altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 20,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 16,5 milyard dollar, idxalın həcmi 4,1 milyard dollar təşkil etmiş, nəticədə 12,4 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 828,7 milyon dollar təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim