AZ    EN
logo

2014-cü ilin iyul ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.08.2014

2014-cü ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 2,0 faiz ucuzlaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşmışdır.
Ay ərzində qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətlərinin, balıq məhsullarının, südün, günəbaxan yağının, almanın, bananın, alçanın, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, badımcanın, bibərin, göy lobyanın, soğanın, sarımsağın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, unun, kərə yağının, yumurtanın, limonun, şabalıdın, göyərtinin, kökün, çuğundurun, şəkər və şəkər tozunun, süfrə duzunun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində və eləcə də beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim