AZ    EN
logo

Tikinti haqqında

11.07.2014

2014-cü ilin birinci yarısında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf etmişdir. Bütün maliyyə mənbələrindən əsas kapitala 7,6 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çox vəsait yönəldilmiş, onun 70,7 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 67,9 faizi məhsul istehsalı, 32,1 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 49,2 faizini təşkil etmişdir.
2014-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 824,6 min kvadrat metr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 2640 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri və digər obyektlər istifadəyə verilmişdir.

Tel: 539 87 17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim