AZ    EN
logo

2014-cü ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı

11.07.2014

2014-cü ilin birinci yarısında ölkədə 28,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3063,3 manat (3905,2 ABŞ dolları) təşkil etmişdir.
ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 46,0 faizi sənayedə, 10,7 faizi tikintidə, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,8 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizi səviyyəsində olmuşdur.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,0 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,0 faizdən 56,3 faizədək yüksəlmişdir. Müvafiq olaraq ümumi daxili məhsulun 43,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 3,9 faiz azalmışdır.
Cari ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində əlavə dəyər 14,8 faiz, informasiya və rabitə xidmətlərində 12,6 faiz, tikintidə 9,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,1 faiz, sosial və digər xidmət sahələrində isə 4,3 faiz artmışdır.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim