AZ    EN
logo

2014-cü ilin yanvar-iyun aylarında yaradılmış statistik vahidlər haqqında

11.07.2014

2014-cü ilin yanvar-iyun aylarında ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam etmiş və qeydiyyata alınmış 5042 hüquqi şəxsin 945-i dövlət mülkiyyətinə, 4097-si xüsusi mülkiyyətə aid olmuşdur. Xüsusi mülkiyyətə malik olan müəssisələrin 279-u tam xarici investisiyalı, 71-i isə birgə müəssisələrdir.
Yeni müəssisələrin 47,8 faizi Bakıda, 11,6 faizi Aran, 8,6 faizi Lənkəran, 8,1 faizi Abşeron iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-iyun aylarında 38581 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Tel: 538-81-97; 538-93-67

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim