AZ    EN
logo

Kənd təsərrüfatının sınaq siyahıyaalınması barədə

04.07.2014

Quba rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatmışdır. Sınaq siyahıyaalınmasında rayonun 6 inzibati ərazi dairəsi üzrə 2000 təsərrüfat, 7 kənd təsərrüfatı müəssisəsi əhatə olunmuşdur. Siyahıyaalmaya 20 nəfər sayıcı, 2 nəfər ehtiyat sayıcı, 2 nəfər nəzarətçi və 4 nəfər operator cəlb olunmuşdur.
Əhali arasında tədbirlə əlaqədar kütləvi təbliğat və izahat işləri aparılmış, yerli "Şəfəq" qəzetində 4 məqalə nəşr edilmişdir. 05 mart 2014-cü il tarixdə Quba rayon icra hakimiyyətində sınaq siyahıyaalınmasının keçirilməsi ilə əlaqədar şəhər və kənd inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri və digər əlaqədar təşkilatların iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Sınaq siyahıyaalma növbəti ildə aparılacaq ümumrespublika siyahıyaalınmasına yaxşı təcrübə olmuş, hazırlanmış proqram təminatı, çıxış cədvəlləri və s. təşkilati işlər sınaqdan keçirilmişdir.

Tel: 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim