AZ    EN
logo

2014-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri

17.06.2014

2014-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 15,0 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 1603,9 manat və ya ayda orta hesabla 320,8 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 3,1 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 70,3 faizi son istehlaka, 9,0 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 13,7 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 4,6 faiz artmışdır.

Əlaqə telefonu: 538 90 98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim