AZ    EN
logo

Əmtəə bazarı haqqında

11.06.2014

2014-cü ilin yanvar-may aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 8,3 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 51,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 48,7 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artmışdır.
Cari ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6 faiz artaraq 1,1 milyon manat təşkil etmişdir. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7 faizini hüquqi, 20,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 90,8 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim