AZ    EN
logo

Dövlət qulluqçularının sayı və onların əmək haqqı barədə

20.05.2014

2014-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,7 min nəfər olmuş və onların 27,7 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 3,7 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,0 faizi 4-7-ci təsnifatları üzrə və 20,3 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.
Dövlət qulluqçularının 8,4 faizi 1 ilə qədər, 26,3 faizi 1 ildən 5 ilə qədər, 23,6 faizi 5 ildən 10 ilə qədər, 15,4 faizi 10 ildən 15 ilə qədər, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 14,0 faiz, 35-44 yaşda 21,8 faiz, 45-54 yaşda 26,9 faiz, 55-62 yaşda 16,2 faiz, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,9 faizini təşkil etmişdir. İşləyənlərin 48,7 faizi 35-54 yaşda olanlardır.
4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,5 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,3 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,9 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,0 faiz komplektləşdirilmişdir.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2013-cü ildə 464,0 manat təşkil etmişdir.

Tel: 538-86-68

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim