AZ    EN
logo

2014-cü ilin yanvar-mart aylarında “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında

16.05.2014

Cari ilin birinci rübündə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,9 milyon ton yük, 74,9 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 50,4 faizi avtomobil, 32,9 faizi dəmir yolu, 16,7 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4 faizini və ya 3,1 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 119,8 milyon manat, sərnişin daşınmasından isə 26,1 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 3,8 faiz və 12,9 faiz artmışdır.

Tel:538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim