AZ    EN
logo

2014-cü ilin yanvar-aprel aylarında ümumi daxili məhsul istehsalı

16.05.2014

2014-cü ilin yanvar-aprel aylarında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 18,2 milyard manat təşkil etmişdir.
Bu dövrdə ÜDM-in 47,4 faizi sənayedə, 11,1 faizi tikintidə, 8,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 13,6 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunmuş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 9,0 faiz, o cümlədən qeyri-neft-qaz sənayesində 3,9 faiz, tikintidə 21,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 15,7 faiz, informasiya və rabitədə 12,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,1 faiz, kənd təsərrüfatında 3,3 faiz, sosial və digər xidmət sahələrində 3,0 faiz artmışdır.
Ümumi daxili məhsulun 44,8 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz azalmışdır.

Əlaqə telefonu: 538-74-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim