AZ    EN
logo

2014-cü ilin I rübündə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

14.05.2014

Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 75,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,2 faizi su, 15,7 faizi hava nəqliyyatı, 20,2 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 2,1 faiz artaraq 532,3 manat olmuş, bu göstərici hava nəqliyyatında 782,5 manat, dəniz nəqliyyatında 707,9 manat, metro nəqliyyatında 606,0 manat, avtomobil nəqliyyatında 530,4 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil etmişdir. Əmək haqqı metro nəqliyyatında 14,9 faiz, avtomobil nəqliyyatında 8,1 faiz, dəniz nəqliyyatında isə 5,2 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,4 faiz artaraq 694,7 manat olmuşdur.

Tel: 538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim