AZ    EN
logo

Əmtəə bazarı haqqında

13.05.2014

2014-cü ilin yanvar-aprel aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 6,6 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 3,4 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 3,2 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,9 faiz bəndi artmışdır.
Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-aprel aylarına nisbətən 25,5 faiz artaraq 901,4 min manat təşkil etmişdir. Əhali real vaxt rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 80,5 faizini hüquqi, 19,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 91,1 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim