AZ    EN
logo

2014-cü ilin aprel ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

06.05.2014

2014-cü ilin aprel ayında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, portağalın, bananın, qozun, fındığın, şabalıdın, göyərtinin, xiyarın qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, qoyun ətinin, kərə yağının, bitki yağlarının, limonun, almanın, armudun, çuğundurun, kökün, kartofun, kələmin, baş soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtkü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşmış, digər ölkələr üzrə hava sərnişindaşıma və ölkədən kənara dəmiryol sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşmışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim