AZ    EN
logo

2014-cü ilin I rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

06.05.2014

2014-cü ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,4 faiz ucuzlaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,6 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 0,9 faiz bahalaşma müşahidə edilmişdir.
Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,4 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətləri 0,7 faiz ucuzlaşmışdır.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,8 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,1 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,5 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşmışdır.
Yol tikintisi üzrə qiymətlər 1,0 faiz bahalaşmış, körpü tikintisi üzrə isə qiymətlər 0,2 faiz ucuzlaşmışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim