AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

06.05.2014

2014-cü ilin birinci rübündə Azərbaycan Respublikasının rezidentləri dünyanın 116 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 69 ölkəyə əmtəə ixrac olunmuş, 112 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 23-ü Amerika, 37-i Asiya ölkələri və digərləridir.
Dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 9,7 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 8,0 milyard dollar, idxalın həcmi 1,7 milyard dollar təşkil etmiş, nəticədə 6,3 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 380,3 milyon dollar təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim