AZ    EN
logo

2014-cü ilin yanvar-mart aylarında yaradılmış statistik vahidlər haqqında

14.04.2014

2014-cü ilin yanvar-mart aylarında ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam etmiş və qeydiyyata alınmış 2388 hüquqi şəxsin 38-i dövlət mülkiyyətinə, 2181-i xüsusi mülkiyyətə aid olmuşdur. Ümumi qeydiyyata alınmışlardan 130-u tam xarici investisiyalı, 39-u isə birgə müəssisələrdir.
Yeni müəssisələrin 47,2 faizi Bakıda, 11,5 faizi Aran, 11,4 faizi Lənkəran, 8,1 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-mart aylarında 19865 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Tel: 538-81-97; 538-93-67

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim