AZ    EN
logo

Tikinti haqqında

14.04.2014

2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf etmişdir. Bütün maliyyə mənbələrindən əsas kapitala 3,1 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz çox vəsait yönəldilmiş, onun 67,5 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 70,0 faizi məhsul istehsalı, 30,0 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 49,5 faizini təşkil etmişdir.
2014-cü ilin yanvar-mart aylarında Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 373,6 min kvadrat metr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 390 yerlik məktəbəqədər təhsil müəssisələri və digər obyektlər istifadəyə verilmişdir.

Tel: 539 87 17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim