AZ    EN
logo

2014-cü ilin mart ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

14.04.2014

2014-cü ilin mart ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşmışdır.
Ay ərzində qarabaşaq yarmasının, çörəyin, toyuq ətinin, yumurtanın, göyərtinin, çuğundurun, kökün, kartofun, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, buğda ununun, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, balqabağın, soğanın, sarımsağın, duzun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərdən ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tarifləri mart ayında ucuzlaşmış, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşmışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim