AZ    EN
logo

2014-cü ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.04.2014

2014-cü ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 1,4 faiz, emal sənayesi üzrə isə 0,3 faiz aşağı düşmüşdür.
2014-cü ilin mart ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,4 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,2 faiz ucuzlaşmış, metal filizlərinin hasilatı üzrə isə 3,0 faiz bahalaşmışdır.
Mart ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,0 faiz, poliqrafiya fəaliyyəti üzrə 1,9 faiz, toxuculuq sənayesi üzrə 1,6 faiz, metallurgiya sənayesi üzrə 1,5 faiz, neft məhsullarının istehsalı və içki istehsalı üzrə 0,6 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,5 faiz ucuzlaşmış, qida məhsullarının istehsalı üzrə 2,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim