AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

14.04.2014

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 61 ölkəyə əmtəə ixrac olunmuş, 108 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 21-i Amerika, 37-i Asiya ölkələri və digərləridir.
İki ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 6,4 milyard ABŞ dolları, o cümlədən ixrac 5,2 milyard dollar, idxal isə 1,2 milyard dollar təşkil etmiş, nəticədə 4,0 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 226,1 milyon dollar təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim