AZ    EN
logo

2013-cü ildə ölkədə məşğulluq səviyyəsi barədə

19.03.2014

2013-cü ildə 4521,2 min nəfər və ya əvvəlki illə müqayisədə 1,7 faiz çox ölkə əhalisi iqtisadiyyatda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məşğulluq səviyyəsi ölkə üzrə 61,4 faiz olmaqla, kişilər arasında 65,3 faiz, qadınlar arasında isə 57,7 faiz təşkil etmişdir. Bu göstərici keçən il müvafiq olaraq 61,2 faiz, 64,9 faiz, 57,6 faiz olmuşdur.
Məşğul əhalinin 37,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 14,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmirində, 8,1 faizi təhsildə, 7,0 faizi tikintidə, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminatda, 5,0 faizi emal sənayesində, 4,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 17,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2014-cü il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə işsizlik səviyyəsi 5,0 faiz olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 0,2 faiz bəndi azalmışdır.
Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı keçən ilə nisbətən 585 nəfər azalaraq 36206 nəfər təşkil etmişdir.

Tel: 538 86 68

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim