AZ    EN
logo

2013-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar haqqında

14.02.2014

2013-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 2,2 faiz artaraq 10,5 milyard ABŞ dolları olmuşdur. İnvestisiyaların 25,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 56,7 faizi birbaşa, 18,1 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 6,0 milyard dollar təşkil edərək 2012-ci illə müqayisədə 11,0 faiz artmış, onun 4,9 milyard dolları və ya 82,6 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.
2013-cü ildə ölkə rezidentlərinə 2,7 milyard ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 42,3 faizi dövlət təminatlı kreditlər olmuşdur.

Tel: 538 90 98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim