AZ    EN
logo

2013-cü ildə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

20.02.2014

2013-cü ildə nəqliyyat müəssisələrində işləyən 72,8 min muzdlu işçinin 72,1 faizi dövlət müəssisələrində, 27,9 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 52,8 faizi yerüstü və boru kəməri, 13,3 faizi su, 15,1 faizi hava nəqliyyatı, 18,8 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2012-ci illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 6,4 faiz artaraq 536,2 manat olmuş, bu göstərici hava nəqliyyatında 815,2 manat, dəniz nəqliyyatında 743,3 manat, metro nəqliyyatında 575,5 manat, avtomobil nəqliyyatında 504,1 manat, dəmir yolu nəqliyyatında isə 242,2 manat təşkil etmişdir. Əmək haqqı avtomobil nəqliyyatında isə 8,5 faiz, dəmir yolu nəqliyyatında 7,3 faiz, metro nəqliyyatında 6,9 faiz, dəniz nəqliyyatında 5,5 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,6 faiz artaraq 675,4 manat olmuşdur.

Tel: 538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim