AZ    EN
logo

2014-cü ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı

17.03.2014

2014-cü ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 8,5 milyard manat olmuş, onun əhalinin hər nəfərinə həcmi 903,5 manat (1151,9 ABŞ dolları) təşkil etmişdir.
Bu dövrdə ÜDM-in 50,0 faizi sənayedə, 9,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 8,8 faizi tikintidə, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,9 faizi informasiya və rabitə xidmətlərində, 11,9 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunmuş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 8,8 faiz, o cümlədən qeyri-neft-qaz sənayesində 4,9 faiz, tikintidə 21,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 17,4 faiz, informasiya və rabitədə 11,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,0 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,8 faiz, sosial və digər xidmətlər sahəsində 3,6 faiz, kənd təsərrüfatında 3,4 faiz artmışdır.
Ümumi daxili məhsulun 46,1 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz azalmışdır.

Tel: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim