AZ    EN
logo

2014-cü ilin yanvar-fevral aylarında sənayenin işi haqqında

14.03.2014

2014-cü ilin yanvar-fevral aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulunun 71,6 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 6,8 milyon ton neft, 3,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 faizini təşkil etmiş, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini 8,8 faiz üstələmiş, neft-qaz sektorunda isə 4,8 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,1 faizi malların (əmtəələrin), 6,9 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 79,9 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel: 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim