AZ    EN
logo

2014-cü ilin fevral ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

06.03.2014

2014-cü ilin fevral ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşmışdır.
Ay ərzində qarabaşaq yarmasının, mal və toyuq ətinin, yumurtanın, portağalın, bananın, çuğundurun, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim