AZ    EN
logo

2013-cü ildə “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında

19.02.2014

2013-cü ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 59,0 milyon ton və ya əvvəlki illə müqayisədə 3,8 faiz çox yük, 285,2 milyon nəfər və ya 9,3 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 46,5 faizi avtomobil, 36,2 faizi dəmir yolu, 17,3 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 9,0 faiz, dəmir yolu nəqliyyatında 0,2 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 25,0 faizini və ya 14,8 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 476,3 milyon manat, sərnişin daşınmasından isə 106,5 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 7,5 faiz və 15,8 faiz artmışdır.

Tel:538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim