AZ    EN
logo

Əmtəə bazarı haqqında

11.02.2014

2014-cü ilin yanvar ayında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,7 milyard manatlıq və ya 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 9,3 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 900,3 milyon manatını qida məhsulları, içkilər və tütün məmulatları, 765,6 milyon manatını qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 5,1 faiz bəndi artmışdır.
Cari ilin yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,5 faizini hüquqi, 15,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 91,9 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim