AZ    EN
logo

2014-cü ilin yanvar ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

06.02.2014

2014-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşmışdır.
Ay ərzində unun, toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, qarğıdalı yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadə də olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşmış, telefon üçün abunə haqqı tarifləri isə bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim