AZ    EN
logo

2014-cü ilin yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

06.02.2014

Yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 0,5 və 2,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2 faiz, kartofun 1,0 faiz, baş soğanın 4,3 faiz, baş sarımsağın 0,1 faiz, yerkökünün 5,5 faiz, xiyarın 3,3 faiz, pomidorun 1,0 faiz, göyərtilərin 0,4 faiz, quru otun istehsalçı qiymətləri 1,4 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 0,2 və 3,4 faiz ucuzlaşmış, xurmanın istehsalçı qiymətləri 9,1 faiz, narın 3,6 faiz, heyvanın 4,7 faiz, naringinin 2,6 faiz, fındığın 9,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşmışdır. Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,8 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,1 və 0,2 faiz, yumurtanın istehsalçı qiymətləri 3,3 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,1 faiz, camışın 1,3 faiz, südün 0,2 faiz, quş ətinin (diri çəkidə) 4,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim