AZ    EN
logo

Kənd təsərrüfatı maşınları ilə təminat haqqında

28.01.2014

Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, onun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsində, məhsul yığımında itkilərin minimuma endirilməsində istehsalçıların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması mühüm məsələlərdəndir və bu sahəyə dövlət dəstəyi daim diqqət mərkəzindədir.
2013-cü il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 37.9 milyon manat dəyərində 765 ədəd müxtəlif növ traktor, 604 ədəd kotan, 239 ədəd səpici aqreqat, 95 ədəd taxılyığan kombayn, 50 ədəd çiləyici və tozlayıcı maşınlar, 41 ədəd otbiçənlər, 40 ədəd gübrəsəpən maşın, 33 ədəd taxıl-toxum təmizləyən, 22 ədəd malalar, 21 ədəd bağarası frez, 17 ədəd ot dırmıqları, 16 ədəd traktor yedəkləri (qoşqular), 11 ədəd kombayna qoşulan biçici aqreqatlar və 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilmişdir.

Tel: 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim