AZ    EN
logo

2013-cü ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.01.2014

2013-cü ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz artmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 3,9 faiz aşağı düşmüşdür.
2013-cü ilin dekabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 3,4 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 1,7 faiz bahalaşmışdır.
Dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,3 faiz, qida məhsullarının istehsalı üzrə 2,3 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,0 faiz, mebel istehsalı üzrə 1,3 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 1,1 faiz, toxuculuq sənayesi üzrə 0,3 faiz, metallurgiya sənayesi üzrə 0,1 faiz ucuzlaşmış, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 2,2 faiz, kimya sənayesi üzrə 2,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,5 faiz, içki istehsalı üzrə 1,3 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə isə istehsalçı qiymətləri 0,2 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim