AZ    EN
logo

2014-cü ilin məhsulu üçün payızlıq bitkilər səpininin gedişi barədə

11.12.2013

Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Cari il dekabr ayının 1-i vəziyyətinə 934,8 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 918,3 min hektarda dən üçün payızlıq bitkilər səpilmişdir. Dən üçün payızlıq bitkilərin 616,7 min hektarını (67,2 faizi) buğda, 301,6 min hektarını (32,8 faizini) isə arpa təşkil etmişdir.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 3,2 faiz, o cümlədən arpanın əkin sahəsi 11,4 faiz artmış, buğdanın əkin sahəsi isə 0,4 faiz azalmışdır. Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilmişdir.

  2013-cü il (yanvar-noyabr) 2012-ci il (yanvar-noyabr) 2013-cü il 2012-ci ilə nisbətən, %-lə
Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar 934 811 900 069 103,9
o cümlədən dən üçün 918 296 890 041 103,2
ondan:      
buğda 616 675 619 343 99,6
arpa 301 562 270 673 111,4


Telefon:5387357

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim