AZ    EN
logo

2013-cü ilin yanvar-noyabr aylarında sənayenin işi haqqında

11.12.2013

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-noyabr aylarında 30,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, sənayenin qeyri-neft sahələrində 3,2 faizlik, neft sektorunda isə 1,3 faizlik artım müşahidə olunmuşdur. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. On bir ay ərzində 39,5 milyon ton neft, 16,2 milyard kub metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Tel. 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim