AZ    EN
logo

2013-cü ilin noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.12.2013

2013-cü ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,4 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində qarabaşaq yarmasının, almanın, xurmanın, limonun, portağalın, naringinin, bananın, şabalıdın, kələmin, çuğundurun, kökün, göyərtinin, şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, çörəyin, makaronun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, armudun, heyvanın, narın, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, telefon faksimil cihazlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabr ayında ucuzlaşmış, xəstəxana xidmətlərinin, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşmışdır.

Tel:538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim