AZ    EN
logo

2013-cü ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri

14.11.2013

Cari ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 3130,1 manat və ya orta hesabla ayda 313,0 manat təşkil etmişdir.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 29,1 milyard manatlıq gəlirin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 21,3 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 26,5 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,6 faiz çox vəsait qalmışdır.

Əlaqə telefonu: 538-90-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim