AZ    EN
logo

2013-cü ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

13.11.2013

2013-cü ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,0 faiz aşağı düşmüşdür.
2013-cü ilin oktyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,0 faiz, metal filizlərinin hasilatı üzrə 0,6 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6 faiz bahalaşmışdır.
Oktyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, kağız və karton istehsalı üzrə 2,0 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, maşın və avadanlıqların istehsalı, avtomobil və qoşquların istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, tütün məmulatlarının istehsalı üzrə 10,0 faiz, metallurgiya sənayesi üzrə 3,1 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, içki istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,6 faiz, geyim istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşmışdır
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim