AZ    EN
logo

2013-cü ilin oktyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

06.11.2013

2013-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşmış, yükdaşıma tarifləri 3,4 faiz ucuzlaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4 faiz ucuzlaşmış, tranzit üzrə 4,0 faiz, ixrac və idxal üzrə isə 0,2 faiz bahalaşmışdır. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2 və 2,2 faiz bahalaşmışdır.
Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5 faiz ucuzlaşma müşahidə edilmişdir.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 6,4 faiz ucuzlaşmışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim