AZ    EN
logo

2013-cü ilin III rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

05.11.2013

2013-cü ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3 faiz ucuzlaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz, yol və körpü tikintisində isə 0,1 faiz ucuzlaşma müşahidə edilmişdir.
Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,2 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,1 faiz ucuzlaşmışdır.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,5 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,3 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz ucuzlaşmışdır.
Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 0,3 faiz ucuzlaşmışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim