AZ    EN
logo

2013-cü ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

17.10.2013

2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil etmişdir.
ÜDM-in 63,6 faizi istehsal sahələrində, o cümlədən 46,5 faizi sənayedə, 11,3 faizi tikintidə, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,9 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Xidmət sektorunda əlavə dəyər istehsalının 23,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,5 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 52,1 faizdən 55,9 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 44,1 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilin səviyyəsində qalmışdır.
Cari ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 30,0 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,6 faiz, informasiya və rabitə xidmətlərində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, sosial və digər xidmət sahələrində 3,9 faiz artmışdır.

Əlaqə telefonu: 5387450

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim