AZ    EN
logo

2013-cü ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri

17.10.2013

2013-cü ilin doqquz ayı ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2736,5 manat və ya ayda 304,1 manat təşkil etmişdir.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,9 faiz bəndi üstələyərək 6,2 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 68,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamda qalan gəliri 23,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artmışdır.

Əlaqə telefonu: 5387450

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim