AZ    EN
logo

2013-cü ilin birinci yarısında ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar haqqında

15.08.2013

2013-cü ilin birinci yarısında ölkə iqtisadiyyatına 4,8 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 8,1 faiz çox xarici investisiyalar yönəldilmişdir. İnvestisiyaların 18,7 faizi iqtisadiyyata maliyyə kreditləri, 51,9 faizi birbaşa, 29,4 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 2,5 milyard dollar təşkil etmiş, onun 2,1 milyard dolları və ya 43,7 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.
Bu dövrdə ölkə rezidentlərinə 889,9 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 9,3 faizi dövlət təminatlı kreditlər olmuşdur.


Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim