AZ    EN
logo

2013-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri

12.09.2013

Cari ilin yanvar-avqust aylarında əhalinin hər nəfərinə düşən gəlirlər 2012-ci ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 2376,2 manat və ya orta hesabla ayda 297,0 manat təşkil etmişdir.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,8 faiz bəndi üstələyərək 6,0 faiz olmuşdur.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 22,0 milyard manatlıq gəlirin 68,7 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 20,6 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 20,0 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,5 faiz çox vəsait qalmışdır.

Əlaqə telefonu: 538 90 98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim