AZ    EN
logo

2013-cü ilin avqust ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

06.09.2013

2013-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,9 faiz, idxal üzrə 0,2 faiz və yerli əlaqə üzrə 2,1 faiz ucuzlaşmış, tranzit üzrə isə 2,1 faiz bahalaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,7 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,8 faiz, digər xarici ölkələrə isə 5,2 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,1 faiz bahalaşmışdır.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 7,8 faiz ucuzlaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim