AZ    EN
logo

2013-cü ilin avqust ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.09.2013

2013-cü ilin avqust ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz ucuzlaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,3 faiz ucuzlaşmışdır.
Ay ərzində unun, qarabaşaq yarmasının, pasterizə olunmuş və olunmamış üzlü südün, almanın, armudun, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, pomidorun, bibərin, badımcanın, çuğundurun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, xamanın, yumurtanın, kərə yağının, limonun, kökün, göy lobyanın, xiyarın, göyərtinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim