AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

04.09.2013

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-iyul aylarında statistik məlumatlara əsasən 25,4 milyard ABŞ dolları təşkil etmiş, onun 19,2 milyard dollarlıq hissəsi ixracın, 6,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranmışdır.
Bu dövr ərzində dünyanın 141 ölkəsi ilə ticarət əlaqəsi aparılmış, 96 ölkəyə əmtəə ixrac olunmuş, 130 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 9,9 faiz artmışdır.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim