AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

02.08.2013

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-iyun aylarında statistik məlumatlara əsasən 21,6 milyard ABŞ dolları təşkil etmiş, onun 16,4 milyard dollarlıq hissəsi ixracın, 5,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranmışdır.
Bu dövr ərzində dünyanın 137 ölkəsi ilə ticarət əlaqəsi aparılmış, 93 ölkəyə əmtəə ixrac olunmuş, 126 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 36-sı Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5 faiz artmışdır.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim