AZ    EN
logo
image

Yasamal rayon Heydər Əliyev Mərkəzində gənclər üçün 3-cü qrant layihəsinin müsabiqə şərtləri və müraciət qaydaları mövzusunda təqdimat mərasimi keçirilmişdir

18.07.2013

2013-cü il 18 iyul tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı və müəssisələrin və dövlət orqanlarının gənclər təşkilatlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə gənclər üçün 3-cü qrant layihəsinin müsabiqə şərtləri və müraciət qaydaları mövzusunda təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Dövlətstatkomun Gənclər və İdman Nümayəndəliyinin sədri Elnur Əlili iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov ilk öncə qonaqları salamlamış, daha sonra tədbirin əhəmiyyətindən və məqsədlərindən danışmışdır. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşları layihənin təqdimatını keçirmiş, müsabiqənin şərtləri, müraciət qaydaları və əvvəlki qrant layihələrinin nəticələri barədə ətraflı məlumat vermişlər.
Qrant layihəsində iştirak etmək istəyən Komitənin gənc əməkdaşları cari il avqust ayının 12-dək www.youthfoundation.az internet səhifəsinə daxil olmaqla qeydiyyatdan keçə və müsabiqəyə öz layihələrini təqdim edə bilərlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim