AZ    EN
logo

2013-cü ilin birinci yarısında sənayenin işi haqqında

18.07.2013

Ölkənin sənaye sahələrində 2013-cü ilin birinci yarısında 16,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, sənayenin qeyri-neft sahələrində 2,9 faizlik artım, neft sektorunda isə 0,3 faizlik azalma müşahidə olunmuşdur. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Altı ay ərzində 21,8 milyon ton neft, 8,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Tel: 539-21-39

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim